Qüdrət Həsənquliyevlə İqbal Ağazadə rəqib oldularbackend

Qüdrət Həsənquliyevlə İqbal Ağazadə rəqib oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

Editor.az xəbər verir ki, bu barədə Bakupost.az -a ƏHD Partiyasından bildirilib.

Q.Həsənquliyev artıq sənədlərini dairəyə təqdim edib.

Qeyd edək ki, mətbuata açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə də namizədliyini 36 saylı Xətai-Suraxanı seçki dairəsindən verəcəyini bildirib.