Qüdsdə ikinci terror aktı törədilibbackend

Qüdsdə ikinci terror aktı törədilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qüdsdə daha bir terror aktı törədilib.

Editor.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb. Məlumata görə, şənbə günü Şərqi Qüdsün David şəhərində səhər saatlarında terror aktı baş verib. Hadisəni törədən şəxs zərərsizləşdirilib. Məşhur turist şəhəri olan Daviddə bir nəfər güllələnib.

Fövqəladə hadisə yerinə gələn polis tez bir zamanda terrorçunu məhv edib. Hücum nəticəsində iki nəfər yaralanıb. Hüquq-mühafizə orqanları fövqəladə vəziyyətin şərti olaraq terror aktı şübhəsi kimi qiymətləndirir.

Qeyd edək ki, cümə axşamı Qüdsdə 21 yaşlı Alkam Kayri “Neve Yaakov” sinaqoqu yaxınlığında atəş açıb. Hücum nəticəsində yeddi nəfər həlak olub, üç nəfər xəstəxanaya yerləşdirilib. Cinayətkar zərərsizləşdirilib. Polis işdə şübhəli bilinən onlarla insanı, terrorçunun qohumlarını və tanışlarını saxlayıb.

  //Samir Qurbanov, Editor.az