Qüdsdə yenə iğtişaş baş veribbackend

Qüdsdə yenə iğtişaş baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin Qüds şəhərində İsrail silahlı qüvvələri fələstinlilərə hücum edib.

Editor.az-ın İHA xəbər agentliyinə istinadən verdiyi məlumatda bildirilir ki, toqquşmalar Qüdsün Şam Qapısı adlanan hissəsində baş verib. Bir qrup fələstinli Məscidül-Əqsanı ziyarət etmək məqsədi ilə buraya toplaşıb. Onlara əngəl olmağa çalışan İsrail güc strukturları fələstinlilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə ediblər.

Fələstinin Qızıl Aypara Cəmiyyətindən verilən məlumata görə, toqquşmalar zamanı 19 nəfər xəsarət alıb, 10 nəfər isə saxlanılıb.

//Editor.az