Qüdsi Osmanov: “Qazaxıstanla bağlı mənim adımdan yayımlanan şərh təxribatdır”backend

Qüdsi Osmanov: “Qazaxıstanla bağlı mənim adımdan yayımlanan şərh təxribatdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov Rusiya mediasında onun adından yayılan bəyanatla bağlı açıqlama verib.

Editor.az xəbər verir ki, səfir sosial media hesabında bunları yazıb:

“«Раньше всех. Ну почти» telegram kanalında mənim adımdan Qazaxıstanla bağlı yayımlanan şərh təxribatdır və bunun arxasında kimin və nə məqsəd güdməsi mənə hələ aydın deyil. Bu şərhə mənim heç bir aidiyyətim yoxdur!”.
Qeyd edək ki, “RİA Novosti” agentliyi Namik Əliyev kimi təqdim etdiyi səfirin adından “Qazaxıstanda etiraz aksiyaları kənardan idarə olunur, bəzi kadrlarda iğtişaşların təşkilatçıları da görünür” deyə açıqlama yaymışdı.

N.Əliyev 2016-cı ilədək səfir vəzifəsini icra edib və hazırda təqaüdə çıxıb. Həmin ildən Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovdur.