Sosial şəbəkələrdə sahibsiz küçə itlərinin hücumu nəticəsində quduzlaşmış uşağın görüntüləri müzakirələrə səbəb olub.
Məsələni araşdırmaq, uşağın hansi xəstəxanada yerləşməsi və hazırda vəziyyətinin necə olması ilə bağlı TƏBİB-ə müraciət etdik. Milli.Az xəbər verir ki, qurumdan news24.az saytına bildirdilər ki, həmin uşaqla bağlı bütün məlumatlar məxfi saxlanılır.
Yalnız araşdırmalar bitdikdən sonra ictimaiyyətə bu haqda məlumat veriləcək.

