backend

"Antonov" konserninin ləğvi Azərbaycana təyyarə tədarükünə təsir etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Antonov” Dövlət Konserninin ləğv edilməsi “An-178” təyyarələrinin Azərbaycana çatdırılmasına heç bir təsir göstərməyəcək. Bu barədə özəl olaraq Konserndən məlumat verilib.
Qeyd olunub ki, “Silk Way Airlines” ilə “Antonov” arasındakı razılaşma qrafikə uyğun olaraq həyata keçiriləcək.
Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə “Antonov” Dövlət Konserni və konsernə aid üç müəssisənin 2 ay ərzində ləğv ediləcəyi haqda informasiyalar yer almışdı. Lakin bununla bağlı konserndən Trend-ə bildiriblər ki, bu informasiya həqiqətə uyğun deyil.
//Trend