backend

"Bilmirəm nə edim, tüstüdən boğulub öləcəyəm" – Yanğında çarəsiz qalan qız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda yaşayış binası yanır. Gecədən başlayan yanğın hələ də davam edir. Yanğınsöndürmə briqadalarının verdiyi məlumata görə, yanğın nəticəsində ölənlər və yaralananlar var. Ölənlərin sayı açıqlanmır. İlkin ehtimala görə onlar yanğın zamanı təşvişə düşərək özlərini pəncərədən atanlardır.
Yanğın zamanı mənzilində çarəsiz qalan qızlardan biri çətin anlarını Tvitter-də bölüşüb. O, ard-arda 4 tvit atıb və “cəhənnəm”də olduğunu qeyd edib.

05:18 “Mənzildə yapışıb qalmışam. Evdən çıxa bilmirəm. Tüstüdən boğulub öləcəyəm”.
05:22 “Bilmirəm nə edim. Blokda qalmışam”.
05:25 “Vahimədəyəm. Çünki, insanlar pəncərədən özlərini atırlar, mən isə evdən çıxa bilmirəm”.
Dəqiq adı bilinməyən, özünü Twitterdə “rsryz” kimi təqdim edən qız saat 7-ə iki dəqiqə qalmış sağlamlığının yerində olduğunu qeyd edib.
///Milli.Az