backend

"DÜŞMƏN RUSİYA VƏ AZƏRBAYCANI SAVAŞA ÇƏKMƏK İSTƏYİR"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fikrət Sadıqov: “Ancaq ermənilərin məqsədi virtualdır. Çünki Rusiya heç vaxt birbaşa Azərbaycana qarşı vuruşmayacaq”
Ermənistan silahlı qüvvələri Qazax, Ağstafa və Tovuz rayonlarının yaşayış məntəqələrini iriçaplı silahlardan intensiv şəkildə atəşə məruz qoyublar. Nəticədə mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ciddi ziyan dəyib.
Əsasən təsərrüfatla məşğul olan dinc əhalini hədəf alan düşmən qüvvələrinin açdığı atəş nəticəsində evlərin dam örtüklərinə, divarlarına ciddi ziyan dəyib. Kənd sakinləri bildiriblər ki, əkin vaxtı ermənilər mütəmadi olaraq bu cür təxribatlar törədir və iş görməyə imkan vermir. Xatırladaq ki, düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub. Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Müdafiə Nazirliyi bəyan edib ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab veriləcək.
Düşmənin təxribatı ilə bağlı “Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Azərbaycan müharibə şəraitində olduğuna görə, ermənilərin təxribatı ənənə halını alıb. Ekspertin fikrincə, düşmən çalışır ki, öz təxribatları ilə Azərbaycanı qıcıqlandırsın və savaşa çəksin:
“Ermənilər rəsmi Bakını “təcavüzkar” tərəf kimi dünya ictimaiyyətinə təqdim etmək niyyətindədir. Ermənistan sadəcə Dağlıq Qarabağ cəbhəsində deyil, bütün sərhəd boyu təxribata əl atmaqla digər dövlətləri də prosesə çəkməyə cəhd göstərir. Xüsusən, Rusiyanı hərbi əməliyyatlara sövq etmək istəyirlər. Bilirsiz ki, iki ölkə arasında birgə hərbi birləşmənin yaradılması haqqında saziş imzalanıb və Putin tərəfindən təsdiqlənib. Düşmən ölkə çalışır ki, bu ittifaqdan maksimum öz xeyrinə faydalansın”.
Professor vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü erməniləri əməlli-başlı qıcıqlandırıb:
“Düşmən tərəf ehtiyat edir ki, birdən Moskva onları əzib keçər. Ona görə də yenidən Kremli öz tərəflərinə çəkməyə çalışırlar. Ancaq ermənilərin məqsədi virtualdır, yəni real deyil. Çünki Rusiya heç vaxt birbaşa Azərbaycana qarşı vuruşmayacaq. Bizim Rusiya ilə strateji portnyorluq münasibətlərimiz var. Ermənistan isə hər təxribatının cavabını artıqlaması ilə alacaq”.
//”Şərq”