backend

"İlk həyat yoldaşım alfons idi "– Səidə Dadaşova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Keçmiş ərim qohumlarıma yazırdı ki, səni alaram”
ARB TV-nin “Günə davam” proqramının növbəti qonağı müğənni Səidə Dadaşova olub.
Səhnə fəaliyyətindən və ifalarından danışan müğənni, şəxsi həyatından da söz açıb.
Belə ki, ilk olaraq Türkiyə vətəndaşı olan keçmiş həyat yoldaşından gileylənən sənətçi, onun kişiyə yaraşmaz hərəkətlər etdiyini dilə gətirib:
“Mən hərdən deyirəm ki, siz xəstəsiniz. Onda bir az alfonsluq var idi. Mən onun əlində bir yem idim, çıxdım. Bunu bütün Türklərə şamil etmirəm. Sadəcə kişiliyinə yaraşan bir şey deyil bu. Bilir ki, mən tanınmış insanam və düşünürdü ki, nə edib gözdən sala bilərəm. Ay Səidəyə 25 min pul xərclədim, kreditə aldı maşını mənim adıma”.
Bununla kifayətlənməyən Səidə Dadaşova, keçmiş həyat yoldaşının, onun dostlarına və qohumlarına da mesaj yazdığını bildirib:
“Açıram “Facebook”umu, bütün dostlarıma yazıb. Açıram telefonumu, bütün rəfiqələrimlə danışıb, özü də ağılasığmaz sözlər. Bir dəfə gedib çıxıb bizim uzaq qohumumuza. Onun qardaşı yığıb məni ki, ərivə denən özünü yığışdırsın. Deyirəm nə olub? Deyir ki, xəbərin var mənim arvadıma nələr yazır? Səni alaram, belə olar, elə olar”.