backend

"Meyitlərini maşının qarşısına atdım" – Bakıda qardaş və bacının başını kəsən oğlan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki nəfəri öldürüb, digərinə xəsarət yetirən şəxs saxlanılıb və hadisənin təfərrüatları məlum olub.
Söhbət həyat yoldaşının xalasını yaralayıb, onun iki uşağını isə amansızlıqla öldürən şəxsdən gedir. Faciəvi hadisə ötən gün paytaxtın Nərimanov rayonunun ”Keşlə” qəsəbəsində olub. Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə rayon prokurorluğu və polis idarəsinin əməliyyat-istintaq qrupu cəlb edilib. Polis əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərovu tutub. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı Lətifə Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Hadisə zamanı xəsarət alan Lətifə Məmmədova cinayəti törətməkdə şübhəli bilinən Azər Cəfərovun həyat yoldaşının xalası olub. Saxlanılan şəxs ifadəsi zamanı əvvəlcə Saqil Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu deyib. Daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollanıb. Amma həmin evə çatanda Azər Cəfərov ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və birlikdə içəri giriblər. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb. Fərid Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə Lətifə Məmmədova açıb.
Saxlanılan şəxs qətlə yetirdiyi şəxslərin mənzilindən oğurluq da edib. O, xüsusi amansızlıqla törətdiyi cinayəti tamah məqsədi ilə etdiyini deyib.
Bu ağır cinayətlə bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.