backend

"Neft 1 dollar ucuzlaşırsa, 36 saata milyon dollar itiririk"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlham Şaban: “Neftin qiymətində bundan sonra yüksələn xətt deyil, aşağı düşmə meylləri daha da güclənəcək”
“Neftin qiymətinin 50 dollardan aşağı düşəcəyi bəlli idi”. Bunu neftin ucuzlaşmasının Azərbaycana təsirlərindən danışarkən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
O bildirib ki, OPEC və qeyri-OPEC ölkələrinin mayın 25-dən sonra hasilatı olduğu kimi saxlaması qiymətin ucuzlaşmasına səbəb oldu:
“Bu, bazar iştirakçılarını qane etmədi. Çünki dünyada hasilatın artdığı dönəmdə OPEC-in hasilatı azaltmaması, status-kvonu saxlaması neftin 50-55 dollar dəhlizindən 45 dollar dəhlizinə keçməsinə səbəb oldu. Bu arada neftin qiyməti 50 dolların altında qaldı. Halbuki noyabrın 30-da qərar qəbul edilmişdi və bu, bazarı bir qədər qızışdırmışdı. Artıq qərar qüvəsini itirdikdən sonra neft real qiymətinə qayıtdı”.
İ.Şaban neftin qiymətinin birdən-birə bu dərəcədə aşağı düşməsinin səbəblərini də izah edib:
“İlk olaraq, ötənlərdə Liviyada olan iki böyük neft yataqlarının işlənməsinə dair əhəmiyyətli saziş imzalandı. Bazar bunu çox təlatümlə qarşıladı ki, əgər həqiqətən də investisiya qoyulub, işlənilsə qısamüddətli olacaq. Çünki bir müddətdən sonra Liviya öz hasilatını 4 il bundan əvvəlki ən yüksək həddinə çatdıra bilər. Çatdırdıqda isə bir müddət sonra OPEC ölkələri daxilində bazarda bolluq yüksək səviyyədə olacaq.
Neftin qiymətində bundan sonra yüksələn xətt deyil, aşağı düşmə meylləri daha da güclənəcək. Bu isə birjalarda qırmızı xəttlə qeyd olundu. Neftin qiymətinin bundan sonrakı dövrdə yüksəlməsi çətin olacaq. Ümumiyyətlə, avqustun sonu və sentyabrın əvvəli neftin qiyməti 47 dollar ətrafında proqnozlaşdırılır. Ancaq oktyabr ayında neftin qiymətində 50 dollar ətrafında yüksəlmələr ola bilər”.
Neftin ucuzlaşmasının ölkəmizə təsirlərinə toxunan ekspert əlavə edib ki, bu, Azərbaycanın valyuta gəlirlərinin azalması deməkdir:
“Azərbaycan 10 min barel ətrafında neft ixracatçısı olan ölkədir. Neftdən asılıdır. Əgər biz tədiyyə balansına baxsaq, I rübün yekunlarına görə, 93 faiz neft və neft məhsullarının xüsusi çəkisidir. Ona görə, neftin qiymətinin azalmasının nəticəsində valyuta gəlirləri də azalacaq. Neftin qiyməti bazarda 1 dollar belə ucuzlaşırsa, gün yarım ərzində gəlirimiz milyon dollar azalır”.
//Sherg.az