backend

"O, motosiklet yox, eşşək minməlidir" – Əli Mirəliyevdən həmkarına

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Əli Mirəliyev “5/5” verilişinin qonağı olub.
İfaçı yenə də qalmaqallı açıqlaması ilə diqqət çəkib.
O bildirib ki, ifaçılar efirə oxumağa yox, özlərini göstərməyə çıxır:
“İndikilərə oxumaq lazım deyil, onlara “mırt” vurmaq lazımdır. Efirə qoyun, motosikletlə gəlirlər. Oxumağa gəlmirlər ki… Bu yaxınlarda Elşad Qarayev efirə motosikletlə çıxdı. O at, eşşək minməlidir, Kürdəmirdə böyüyən adamdır. Şəhərdə böyümüşəm, motosikleti mən sürürəm. Bura efirdir, Sabunçu bazarıdır?”.
Ə.Mirəliyev heç vaxt həmkarlarından borc pul istəmədiyini söyləyib:
“Heç vaxt müğənniyə zəng edib pul istəməmişəm. Həmişə hamıya mən pul vermişəm. Atama da, anama da mən baxmışam”.
İfaçı 20 ildir tək yaşadığını etiraf edib:
“Gərək cavanlıqdan əlavə ev alasan ki, səni yaşlananda səni qovmasınlar. 20 ildir ailəmdən ayrı yaşayıram. İnsanlar elə bilər ayrılmışam, xeyr. Həyat yoldaşım tez-tez gəlib-gedir. Şəhərdə yaşaya bilmirəm”.
///Axşam.az