backend

"Proqramlar nəzərdən keçirilir" – ATV-nin yeni rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarına əsasən artıq vəzifəmin icrasına başlamışam”.
Bunu APA-ya açıqlamasında ATV telekanalının yeni rəhbəri Azər Xəlilov deyib.
O bildirib ki, hazırda hazırlıq işləri görülür, telekanaldakı mövcud proqramlar nəzərdən keçirilir.
“Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək” – A. Xəlilov qeyd edib.