backend

""Sığorta şirkətlərinə etibar yoxdur" deyənlərin əksəriyyəti icbari sığortanın şərtlərini bilməyənlərdir"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sığorta şirkətlərinə etibar yoxdur”, “Bizi aldadırlar” və s. kimi neqativ fikirlər səsləndirən vətəndaşların əksəriyyəti icbari sığortanın şərtlərini bilməyənlərdir.
Bu fikri “Profam” sığorta agentliyinin direktoru Nicat Əlibəyli iyunun 7-si qüvvəyə minən yeni qaydalarla bağlı AZXEBER.COM-a bildirib.
O, həmçinin qeyd edib ki, artıq icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında protokollar tərtib edilir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcələssinin 469.3-cü maddəsinə əsasən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə olunurlar.
Sığorta mütəxəssisi kimi tanınan Nicat Əlibəyli icbari sığortadan yararlanmaq istəyən vətəndaşları ehtiyatlı olmağa çağırıb: “Avtomobilinizə icbari sığorta alan zaman icbari sığorta müqaviləsində sizə aid mobil nömrənin qeyd olunmasına mütləq diqqət edin. İcbari sığorta elektron qaydada rəsmiləşdirildiyindən artıq sığorta şəhadətnaməsi də ləğv edilib. Belə halda artıq sırf məlumat xarakterli və heç bir hüquqi qüvvəsi olmayan elektron sığorta şəhadətnaməsinə ehtiyac qalmır.
Mobil nömrə qeyd olunduğu təqdirdə avtomobilinizin ödəniləcək sığorta haqqı məbləği, həmçinin ödənişdən sonrakı rüsumun ödənilməsinin təsdiqi və sığorta müqaviləsinin nömrəsi barədə bildiriş – sms alacaqsınız.. Həmçinin telefonunuza sığorta müqaviləsinin bitməsinə 15-20 gün qalmış sığorta müqaviləsinin bitməsi ilə bağlı sms- xəbərdarlıq daxil olacaq.”