“Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda deyilir:
Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcək.
“Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir.
