Quqeşaşvili də gedir – “Qalatasaray”la oyunda “Qarabağ”ın qapısını kim qoruyacaq?backend

Quqeşaşvili də gedir – “Qalatasaray”la oyunda “Qarabağ”ın qapısını kim qoruyacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili Gürcüstan millisinə dəvət alıb.

Komandanın baş məşqçisi Villi Sanyol Monqolustana qarşı yoldaşlıq və Norveçlə AVRO-2024-ün seçmə mərhələ oyunları üçün ona da ehtiyac duyub.

Hazırda “Qarabağ”ın martın 26-da “Qalatasaray”a qarşı keçirəcəyi xeyriyyə oyununda qapını kimin qoruyacağı müzakirə mövzusudur. Zədəli Şahruddin Məhəmmədəliyevin yoxluğunda baş məşqçi Qurban Qurbanov məhz gürcü qolkiperə güvənirdi. İndi isə yalnız 3-cü qapıçı Amin Ramazanov düşərgədə olacaq. Ağdam klubu “Qalatasaray” qarşısına ya təcrübəsiz Ramazanovla çıxacaq, ya da digər klublardan kimisə götürmək məcburiyyətində qalacaq.

Əslində yerli komandaların qapıçılarından üçünün milli komandaya dəvət olunacağını nəzərə aldıqda, bu baxımdan da “Qarabağ”ın çox seçimi qalmır. Üstəlik onu da vurğulamaq lazımdır ki, “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf bu matç üçün heç bir oyunçusunu Ağdam klubuna verməyəcəyini açıqlayıb.

Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da start götürəcək.

Oxu.az