“Qurani-Kərim”i yandırmaqla məşhurlaşan Salvan Momika İraqa ekstradisiya edilə bilərbackend

“Qurani-Kərim”i yandırmaqla məşhurlaşan Salvan Momika İraqa ekstradisiya edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə Quranı dəfələrlə açıq şəkildə yandırmaqla tanınan Salvan Momika vətəninə – İraqa təhvil verilə bilər. Belə ki, İraqın Ədliyyə Nazirliyi İsveç hakimiyyət orqanlarından miqrantın ekstradisiyasını tələb edir.

Editor.az İsveçin TT xəbər agentliyinə istinadən bildirir ki, müvafiq rəsmi sorğu Stokholma göndərilib. Momika müsəlmanlar üçün müqəddəs kitaba hörmətsizlik etmək üçün dəfələrlə İsveç hüquq-mühafizə orqanlarına müraciət edib və buna nail olub. İsveç polisi isə faktiki olaraq bu qalmaqallı aksiyalar zamanı təxribatçını qoruyub və Kitabın yandırılmasına mane olan hər kəsi həps edib.

Xatırladaq ki, 2018-ci ildən İsveçdə yaşayan iraqlı miqrant həm də 2023-cü ilin yayında Qurban bayramı günü Qurani-Kərimin təhqir olunmasına görə məsuliyyət daşıyır.

Bu hadisə dünya ictimaiyyəti tərəfindən kəskin qınaqla qarşılanıb və başqa məsələlərlə yanaşı, İsveçin NATO-ya gedən yoluna maneəyə çevrilib.

//Samir Qurbanov, Editor.az