Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb.
Oxu.Az xəbər verir ki, təcrübəli mütəxəssisin iclasda olmamasının səbəbi bəlli deyil.
Qeyd edək ki, bu, ilk belə hal deyil.
Qurban Qurbanov ötən günlərdə Tovuzda akademiyanın açılışına və AFFA İcraiyyə Komitəsinin iclasına da qatılmamışdı.