Qurban Qurbanov: “Futbolçular qələbəyə layiq idi”backend

Qurban Qurbanov: “Futbolçular qələbəyə layiq idi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk olaraq bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Mən də bildirmişdim ki, bizim tərəfdarlar onlardan zəif deyil. Bunun da şahidi olduq. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik”.

Editor.az  “Report”a istinadən bildirir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa “Lex”inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis Polşa çempionuna qalib gəldiklərini xatırladıb: “Futbolçulara əhsən deyirəm. Hesab hamını aldada bilər. Dinamik komandaya qalib gəlmişik. Oyunçularımın hər birinə təşəkkür edirəm. Onlar layiqli qələbə qazandılar”.

Qurbanov 5 qollu qalibiyyət əldə etmələrinə də toxunub: “Belə hesab gözləmirdim. Həqiqətən güclü komandaya qarşı oynayırdıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesablı nəticə ola bilər. Azarkeşlər buna layiq idilər. Qalib gələcəyimizə inanırdıq”.

Təcrübəli baş məşqçi II təsnifat mərhələsində üz-üzə gələcəkləri İsveçrə “Sürix”i haqqında danışıb: “Bugünədək həmin rəqibə baxmamışam. Ancaq “Lex”lə oyunlara köklənmişdik. Yaxşı komandaya qarşı oynayacağıq. Onları daha yaxından tanımağa çalışacağıq. Layiqli oyun göstərmək istəyirik”.