Qurbanlar kəsilməzdən əvvəl qanlar töküldü: Şanlıurfada dəhşətbackend

Qurbanlar kəsilməzdən əvvəl qanlar töküldü: Şanlıurfada dəhşət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə qurban bayramı münasibətilə təşkil olunan mal bazarında dəhşətli hadisə yaşanıb. Belə ki, iki dəstə arasında dava baş verib, sonra silahlara əl atılıb. Nəticədə ölən və yaralananlar var.

Qorxunc hadisə Şanlıurfada yaşanıb.

Dava zamanı Faruk Yiğiter adlı şəxs həyatını itirib. Bundan başqa daha altı nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə əlaqədar əraziyə çoxlu sayda tibb və jandarma qüvvələri yönəldilib.

Hadisənin səbəbləri araşdırılır, istintaq başladılıb.