Quru sərhədlər nə vaxt açılır? – Müsbət qərarlar verildibackend

Quru sərhədlər nə vaxt açılır? – Müsbət qərarlar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” müsbət qərarlar verib. Qəbul olunan qərarda əcnəbi vətəndaşların Azərbaycan Respublikasına giriş-çıxışına da icazə verilib. Bəzi məhdudiyyətlərin aradan qaldırılması quru sərhədlərin açılması məsələsini də gündəmə gətirib.

Maraqlıdır, quru sərhədlərin açılması gözlənilirmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan professor Adil Qeybulla məhdudiyyətlərin zamanla aradan qaldırılacağını bildirib.

Adil Qeybulla

O deyib ki, karantin artıq yox səviyyəsindədir:

“Bütün məhdudiyyətlərin aradan qalxması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiyanın bitməsi ilə elanından sonra baş verməlidir. Amma hələlik pandemiyanın ayrı-ayrı ocaqları mütəmadi olaraq özünü göstərir və mutasiya prosesi davam edir”.

Millət vəkili Müşfiq Cəfərov yaxın zamanlarda quru sərhədlərin açılmasının mümkün olduğunu bildirib:

“Bəli, artıq bəzi qadağalar aradan götürülüb. Təbii ki, bu addımların atılması bizim turizmin inkişafına müsbət təsir edəcək. Sosial şəbəkə və mətbuatda quru sərhədlərin mayın 1-də açılması xəbərlərini izlədik, amma bununla bağlı hələ heç bir qərar yoxdur. Əsas odur ki, artıq COVİD-19 virusuna yoluxma, demək olar ki, yox səviyyəsinə çatıb.

Müşfiq Cəfərov

İnanırıq ki, yoluxma sayı artmasa, quru sərhədlərimiz yaxın vaxtlarda açılacaq. Amma hələ ki, qəbul olunan qərar xarici ölkə vətəndaşlarının Azərbaycana gəlməsi ilə bağlıdır”.