Quru sərhədlər açılır?- “Ayrı-ayrı şəxslər üçün güzəştlər tətbiq olunmalıdır” -Deputatbackend

Quru sərhədlər açılır?– “Ayrı-ayrı şəxslər üçün güzəştlər tətbiq olunmalıdır” –Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karonavirus pandemiyası səbəbi ilə 2 ildir ki, Azərbaycan quru sərhədləri bağlayıb. Nəticədə gediş-gəlişin təmin olunmasında hava yoluna üstünlük verilir.

Ölkəmiz pandemiyaya qarşı mübarizə aparır və əvvəlki illərə nisbətən yoluxma sayında azalmaların olması, əhalinin daha tədbirli davranmasının şahidi oluruq. Belə olan halda quru sərhədlərinin hansı səbəbdən açılmaması hələ də sual yaradan əsas məsələlərdəndir.

Bir tərəfdən yay fəslinin başa çatmasına və tədris ilinin başlamasına az müddət qalıb. Xaricdə təhsil alan tələbələrin həm gediş-gəlişini asanlaşdırmaq , həm də büdcəyə qənaət baxımından quru sərhədləri açıla bilərmi?Ümumiyyətlə Quru sərhədlərinin açılması məsələsi bir neçə dəfə gündəmə gətirilsə də, heç bir nəticə əldə olunmayıb.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, quru sərhədlərin açılması məsələsi dəfələrlə qaldırılıb, amma təəssüf ki, bu məsələ diqqətə alınmayıb:

“ Müəyyən ciddi problemlər var ki, hökumət bu məsələdə israrlıdır. Amma ayrı-ayrı şəxslər üzərindən güzəştlər tətbiq olunmalıdır. Bu tələbələrə, xəstələrə və digərlərinə aid edilməlidir. Çünki sərhədlər bağlananda  gediş-gəliş üçün təyyarədən başqa alternativləri olmur. Biz çalışmalıyıq ki, bu məsələdə müəyyən problemlər öz həllini tapsın. Quru sərhədlər də ən ciddi kateqoriya üçün mütləq açılmalıdır.
Bu məsələ bir neçə dəfə gündəmə gətirilsə də konkret izah verilmir. Hökumət ilk növbədə bu istiqamətdə izah verməlidir”.
 
//Safura Bənnayeva, Editor.az