Quru yolu ilə Türkiyəyə yollanan ukraynalı xilasedicilərə moldovalılardan dəstək – FOTObackend

Quru yolu ilə Türkiyəyə yollanan ukraynalı xilasedicilərə moldovalılardan dəstək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı xilasedicilər Türkiyədəki dağıdıcı zəlzələnin nəticələrini aradan qaldırmağa kömək üçün yola çıxıblar.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən xəbər verilib.

Bildirilir ki, quru yolu ilə Türkiyəyə yollanan qrup moldovalı həmkarlarından dəstək alıb.

“Söhbət təkcə təyinat məntəqəsinə mümkün qədər tez çatmaq üçün sərhədi keçməyə köməkdən getmir. Məsələ insanlıqdadır, bu isə dəfələrlə qeyd etdiyimiz kimi, xilasedicilərin hərəkətverici qüvvəsidir. Belə ki, Moldova tərəfi nəinki karvanı müşayiət edib, həm də xilasedicilərimizi nahara qonaq edib”, – deyə məlumatda bildirilib.

Bundan sonra qrup yoluna davam edib.

Xatırladaq ki, Prezident Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanın Ukraynanın axtarış-xilasetmə qrupunun Türkiyə xalqına kömək etmək üçün yola düşdüyünü və lazımi avadanlıqların göndərildiyini söyləyib.

“Ukraynalı mütəxəssislər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında müvafiq təcrübəyə malikdirlər və ən qısa müddətdə zərər çəkmiş rayonlara çatacaqlar. Onlar zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün işlərə kömək edəcəklər”, – deyə o bildirib.