Qurudan və dənizdən planlanan hücum – ŞOK SSENARİbackend

Qurudan və dənizdən planlanan hücum – ŞOK SSENARİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Publika.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyadan gələn təhlükənin səviyyəsi yüksək olsa da, Ukrayna öz taktikasını seçməklə bütün ssenariləri proqnozlaşdırır:

“Rusiyanın qoşunlarla mühasirəyə almağa çalışacağı ssenarini nəzərdən keçirdik: qurudan Brestdən Taqanroqa, iki dənizdən və işğal olunmuş Krımdan. Moldovanın müvəqqəti işğal olunmuş hissəsindəki fəaliyyəti də qeyd etmək lazımdır – Dnestryanını. Bunun fonunda Ukraynanın şərqində gərginlik olacaq”.

Reznikov onu da bildirib ki, proqnozlaşdırıldığı kimi, bütün bunlar başqa təzyiq vasitələri ilə müşayiət olunacaq: kiberhücumlar, mülki obyektlərin minalanması, müxtəlif bəhanələrlə iğtişaşlar təşkil etmək cəhdləri və s: “Bu hərəkətlərin məqsədi Ukraynanı daxildən silkələmək və onu təslim olmağa məcbur etməkdir. Hazırda bu ssenari üzərində çalışırıq”.

Nazir əlavə edib ki, Ukrayna quruda 127 min olmaqla, dəniz və aviasiya komponenti ilə birlikdə ümumilikdə 147 min nəfərlik Rusiya bölmələrini yaxından təqib edir.