Qusarda 5 nəfərin zəhərləndiyi istirahət mərkəzinin adı BƏLLİ OLDUbackend

Qusarda 5 nəfərin zəhərləndiyi istirahət mərkəzinin adı BƏLLİ OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Qusarın Caqar kəndində istirahət mərkəzlərinin birində 5 nəfərin zəhərlənməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanıldığı bildirilib.

Pravda.az hadisənin hansı istirahət mərkəzində baş verdiyini öyrənmək üçün AQTA-ya sorğu ünvanlayıb.

Qurumdan saytımıza verilən açıqlamada bildirilib ki, zəhərlənmə Qusar yolunda fəaliyyət göstərən “Village Pro” istirahət mərkəzində olub.

Xatırlatma: Zəhərlənmə nəticəsində 1973-cü il təvəllüdlü Aynurə Fərzəliyeva, 2003-cü il təvəllüdlü Bəhram Xanıyev , 1986-cı il təvəllüdlü Fərid Əskərli, 1997-ci il təvəllüdlü Aygül Xanızadə  və 2002-ci il təvəllüdlü Qızbəs Fərzəliyeva zəhərlənmə diaqnozu ilə Qusar rayon xəstəxanasına aparılıblar. Onların qəbul etdikləri qidalardan zəhərləndikləri ehtimal edilir.