Qusarda Lermontovun abidəsi ucaldılacaq – FOTO/VİDEObackend

Qusarda Lermontovun abidəsi ucaldılacaq – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dahi rus şairi Mixail Lermontovun 210 illik yubileyi ilə əlaqədar Qusar şəhərində onun abidəsinin ucaldılması nəzərdə tutulur.

Editor.az xəbər verir ki, abidə Qafqazda xidmət etdiyi dövrdə orada yaşamış Lermontovun ev-muzeyinin qarşısındakı ərazidə yerləşdiriləcək.

Həmçinin, “Lermontov axşamları” ədəbi-poeziya festivalı da nəzərdə tutulub.

Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina Tarxanıdakı Lermontov Muzey-Qoruğunun əməkdaşlarını və milli mədəniyyət xadimlərini festival iştirakçılarına qoşulmağa dəvət edib.