Qusarda turistlərin düşdüyü qəza nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində turistləri daşıyan avtomobil digər avtomobillə toqquşubmuş.
Hadisə nəticəsində 5 nəfər Azərbaycan, 5 nəfər isə Pakistan vətəndaşı xəsarət alıb.
Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.
Həmin ərazidə hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarına aşıb.
Hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, xəsarət alanlardan dörd nəfər Pakistan, iki nəfər Azərbaycan vətəndaşıdır.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Məlumata görə, hadisə turistlər Şahdağ Turizm Mərkəzindən qayıdarkən baş verib.