Quterreş: Afrika BMT Təhlükəsizlik Şurasının daimi nümayəndəliyində olmalıdırbackend

Quterreş: Afrika BMT Təhlükəsizlik Şurasının daimi nümayəndəliyində olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş “Ramazan həmrəyliyi” adlı Afrika turunun son mərhələsi olan Nigeriyaya səfər edib.

Editor.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Quterreş səfər çərçivəsində Afrika ölkələrinin beynəlxalq təşkilatlarda az təmsil olunmasından bəhs edib. Hər zaman BMT-də islahatların olmasının tərəfdarı olan Quterreş BMT-də Afrikadan olan bir daimi nümayəndənin olmasının zəruriliyini diqqətə çəkib.

Qeyd edək ki, bu gün BMT-nin cəmi beş daimi üzvü var. Bunlar Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır.

//Nəzərbəy, Editor.az