Quterreş Ərdoğan və Lavrovla taxıl sazişi ilə bağlı Rusiyaya təqdim olunacaq yeni təklifləri müzakirə edəcəkbackend

Quterreş Ərdoğan və Lavrovla taxıl sazişi ilə bağlı Rusiyaya təqdim olunacaq yeni təklifləri müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin baş katibi Antonio Quterreş gələn həftə prezident Rəcəb Tayyib Ərdoğan və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşləri zamanı taxıl sazişi ilə bağlı Moskvaya təqdim olunacaq təklifləri müzakirə edəcək.

Editor.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Taxıl sazişi ilə bağlı danışıqlarda iştirak edən Türkiyənin texniki nümayəndə heyətindəki mənbə məlumat verib.

Bildirilib ki, gələn həftə BMT Baş Assambleyası çərçivəsində keçiriləcək danışıqlarda Moskvaya təqdim olunacaq yeni təkliflər müzakirə olunacaq: “Türkiyə və BMT Rusiya tərəfi üçün bir sıra yeni təkliflər hazırlayıb. Bunları BMT-nin baş katibi prezident Ərdoğan və Rusiya nümayəndə heyətinin rəhbəri olan Rusiya xarici işlər naziri Lavrovla müzakirə edəcək. Təkliflər gəmilərin sığortası və Rusiyanın ixrac əməliyyatlarının ödənilməsi ilə bağlıdır”.

Ankaranın qərb tərəfdaşları ilə taxıl sazişi ilə bağlı danışıqlarının necə getdiyini soruşduqda mənbə deyib: “Danışıqlar bəzən çox çətin keçir. Biz taxıl dəhlizinin yenidən aktivləşdirilməsi üçün təkbaşına işləyə bilmərik və kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı zəmanət verməliyik. Rusiya və tərəfdaşlarımıza verdiyi vədləri yerinə yetiririk”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Soçidə prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə Qərbin verdiyi vədləri yerinə yetirəcəyi təqdirdə dərhal taxıl müqaviləsinə qayıtmağa hazır olduqlarını bir daha vurğulayıb.

//Gülnarə Abasova, Editor.az