Quterreş: “Yaxın Şərqdə uçurumun astanasındayıq”backend

Quterreş: “Yaxın Şərqdə uçurumun astanasındayıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaxın Şərqdə uçurumun astanasındayıq”.

Editor.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail-Fələstin münaqişəsi ilə bağlı yazılı açıqlamasında deyib.

HƏMAS-ı girovları qeyd-şərtsiz azad etməyə çağıran Quterreş, “İsrail Qəzzada mülki şəxslərə humanitar yardım göstərmək üçün dərhal və maneəsiz çıxış təmin etməlidir”,- deyə bildirib. O, Qəzzada su, elektrik və digər əsas ehtiyacların tükəndiyini vurğulayıb. Quterreş BMT-nin Misir, İordaniya, İsrail və İordan çayının qərb sahilində anbarlarının olduğunu və məhsulları bir neçə saat ərzində oraya daşıya biləcəyini qeyd edib. Hər iki çağırışın əhəmiyyətli olduğunu deyən Quterreş hər iki məsələnin bazarlıq etmədən həyata keçirilməsinin vacibliyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az