Dünən UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk qarşılaşmasında “Mançester Siti” “Real Madrid”i qəbul edib.
Editor.az “sporx” a istinadən xəbər verir ki, gərgin keçən matç 4:3 “şəhərlilər”in xeyrinə başa çatdı. Oyundan sonra “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mətbuat konfransında oyun barədə açıqlama verib.
“Əla oyun oldu. Daha çox qol vura bilərdik. Ancaq bir oyunumuz daha var, o zaman daha yaxşısını edəcəyik. İlk hissədə üstün olduğumuz anda rəqib təzyiq etməyə başladı. Bu da bizdə gərginlik yaratdı. Onlara qol vurması üçün fürsətlər verdik. Rəqibin müdafiəmizə etdiyi təzyiqlər çox güclü idi. Madridə yenidən qələbə qazanmaq üçün gedəcəyik. Oyunçularıma hal-hazırda dincəlmələrini göstəriş vermişəm. Ançeloti və komandasını təbrik edirəm. Çünki onlar çox yaxşı komandadır. Bu gün anladım ki, “Santiaqo Bernabeu”da qələbə qazana bilərik”,- deyə Qvardiola bildirib.
//Nəzərbəy, Editor.az

