Qvardioladan Gündoğan şərhibackend

Qvardioladan Gündoğan şərhi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbolçuları İlkay Gündoğan barədə fikirlərini bölüşüb.

Almaniya millisinin türk əsilli futbolçusu dünən Premyer Liqada “Tottenhem”lə matçda (3:0) dubl edib. Beləliklə, o, hazırkı mövsümdə çempionatda 18 oyuna 11 qol vurmuş olub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Qvardiola İlkayın oyun səviyyəsindən razı olduğu deyib. O, əvvəlcə 69-cu dəqiqədə zədələnərək meydanı tərk İlkay haqda bildirib: “Sabah bilinəcək. Mənə yaxşı olduğunu söylədi.

Bu gün penalti qazanmaq və 2 qol vurmaq əla göstəricidir. Performansından çox razıyam. Yanvar ayının ən yaxşı oyunçusu oldu. Uğurlu oyunlarını davam etdirir. Fevralda yenidən bu ada layiq görülə bilər”.