Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlibbackend

Qvineya-Bisau Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.