“Rabitə Bank” mənfəətinin 28 faizini  İTİRİBbackend

“Rabitə Bank” mənfəətinin 28 faizini  İTİRİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“RabitəBank”ın xali mənfəəti 27.70 faiz və ya 3 milyon 520 min manat azalıb.


Bankın faiz gəliri 2024-cü ilin sonu ilə müqayisədə 23 milyon 300 min manat artaraq 137 milyon 586 min manata,faiz xəcləri isə 13 milyon 916 min manat artaraq 57 milyon 905 min manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 79 milyon 680 min manat olub ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 9 milyon 383 min manat və ya 13.34 faiz çoxdur.

Qeyri-faiz gəlirini 4 milyon 411 min manat azaldaraq 48 milyon 561 min manata endirən “RabitəBank”ın qeyri-faiz xərcləri 2 milyon 423 min manat artaraq 100 milyon 558 min manata çatıb. Yekunda bankın əldə etdiyi əməliyyat mənfəəti 2 milyon 549 min manat artaraq 27 milyon 683 min manata çatıb.

“RabitəBank” 2025-ci ilin sonunda 11 milyon 331 min manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü ilin 4-cü rübü ilə müqayisədə 3 milyon 520 min manat və ya 27.70 fai azdır.

//Kommersant.az

RabitəBank 2025 (IV Rüb) 2024 (IV Rüb) Fərq
Faiz Gəliri 137.586 114.286 23.300
Faiz Xərci 57.905 43.989 13.916
Xalis Faiz Gəliri/Zərəri 79.680 70.297 9.383
Qeyri-Faiz Gəliri 48.561 52.972 -4.411
Qeyri-Faiz Xərci 100.558 98.135 2.423
Əməliyyat Mənfəəti 27.683 25.134 2.549
Xalis Mənfəət 11.331 14.851 -3.520