“RABİTƏ BANK” MÜŞTƏRİLƏRİN HÜQUQUNU POZUR – FAKT/FOTObackend

“RABİTƏ BANK” MÜŞTƏRİLƏRİN HÜQUQUNU POZUR – FAKT/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rabitə Bank”ın istehlakçı hüquqlarını pozması faktı aşkarlanıb. Tribunainfo.az məlumat verir ki, Yunus Babasoylu yazıb. Onun sözlərinə görə, karta 1500 AZN pul yüklənilsə də, 1234 AZN onlayn əməliyyatlara xərclənilib.

Onlayn əməliyyatlara xərclər zamanı Rabitəbankın həm mobil tətbiqində, həm də tranzaksiyaların heç birində ƏDV ödənişi kimi heç nə qeyd etmir.
Düşünün ki, 1234 xərcləməniz olub və ortalıqda 200 manata yaxın pulunuzun əskik olduğunu görürsünüz və bu pulun hara, necə xərcləndiyini bilmirsiz.
Mobil tətbiq və tranzaksiyalar isə bunu xərc kimi göstərməsi bir yana sanki belə bir məbləğ mövcud olmadığını göstərir.

Bank müştəriyə ƏDV, Comission fee, Konvertisasiya kimi ödənişləri göstərməyə məcbur olmalıdıq. Əlaqə nömrəsinə zəng edib irad bildirdikdə isə, şikayətiniz gələcəkdə dəyərləndirilə bilər deyirlər.