“Rabitəbank”a aid şirkətdə gərgin durum: Biznes itkiləri 173 milyon manata çatıbbackend

“Rabitəbank”a aid şirkətdə gərgin durum: Biznes itkiləri 173 milyon manata çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“CPM-İnvest İnvestisiya Şirkəti” QSC-nin 2024-cü ilin yanvar-avqust aylarında “Bakı Fond Birjası”da (BFB) apardığı əməliyyatların həcmi 653,7 mln. manat təşkil edib. 

 

“Yeni Sabah”ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə  20,9% və ya 172,6  milyon manat azalıb. Belə ki, 2023-cü ilin ilk səkkiz ayında “CPM-İnvest”in  dövriyyəsi 826,3 mln. manat təşkil edib.

İnvestisiya şirkətinin bu dövrdə bağladığı əqdlərin sayı 331-dən  242-yə enib. Əqdlərinin orta dəyəri isə son bir ildə 2,49 milyon manatdan 2,7 milyon manata yüksəlib.

Qeyd edək ki, investisiya şirkətinin birja əməliyyatlarının 484,8 mln. manatı repo, 53,1 mln. manatı dövlət qiymətli kağızlarının, 88,9 mln. manatı Mərkəzi Bankın istiqrazlarının, 23 mln. manatı korporativ istiqrazların və 3,9 mln. manatı isə səhmlərin payına düşüb.

Xatırladaq ki, “Capital Partners İnvestisiya Şirkəti” QSC, 2007-ci ildə yaradılıb və “Rabitəbank”ın törəmə şirkətidir.