Rafael Qrossi etiraf etdi: əlimizdə heç bir dəlil yoxdurbackend

Rafael Qrossi etiraf etdi: əlimizdə heç bir dəlil yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi deyib ki, agentliyin əlində hərbi əməliyyatı başlayanda İranın nüvə silahı hazırlamağa başladığına dair heç bir sübut yoxdur: “Bizim əlimizdə İranın nüvə silahı hazırlamaq mərhələsinə keçdiyinə dair heç bir tutarlı dəlil yoxdur… – yəni bu materialı (uranı) götürüb və nüvə silahı yaratmaq üçün emal etməyə başlayıb”, – deyə Qrossi “La Nacion” qəzetinə müsahibəsində bildirib.

Bununla belə, MAQATE rəhbəri qeyd edib ki, “İran agentliklə olması lazım olduğu kimi əməkdaşlıq etməyib” – nüvə proqramının müxtəlif aspektləri ilə bağlı bütün izahatları verməyib: “İran dünyada yeganə ölkədir ki, uranı 60%-ə qədər zənginləşdirib ki, bu da nüvə başlığının quraşdırılması üçün zəruri olan uran-235-in hərbi dərəcəsinə (90%) bərabərdir”, – deyə Qrossi əlavə edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail bu ölkənin nüvə silahının hazırlanmasında mühüm irəliləyiş əldə etdiyinə inanaraq İrana qarşı əməliyyata başlayıb. Əməliyyatda nüvə obyektləri, hərbi rəhbərlik, nüvə fizikləri, hava bazaları, hava hücumundan müdafiə sistemləri və yer-yer raketləri hədəf alınıb.

//Samir Qurbanov, Editor.az