Rafiq Hüseynov 3 qat Avropa çempionu oldubackend

Rafiq Hüseynov 3 qat Avropa çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın Yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və ikiqat Avropa çempionu olan güləşçimiz final  həlledici görüşdə Gela Bolkvadze (Gürcüstan) qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Hüseynov karyerasında üçüncü dəfə qızıl medal qazanıb.

Murad Məmmədov (60 kq) bürünc medal uğrunda  görüşdə rumıniyalı Razvan Arnautu məğlub edib – 5:2.

Həsrət Cəfərov (67 kq) serbiyalı Sebastyan Nadla bürünc medal üçün güləşib. Rəqibinə 8:1 hesabı ilə qalib gələn Cəfərov böyüklərin yarışında Avropa çempionatında ilk dəfə mükafatçılar sırasında yer alıb.

Ülvi Qənizadənin (72 kq) bürünc medal uğrunda rəqibi Kristupas Sleyva (Litva) olub. Rəqibinə 14:7 hesabı ilə qalib gələn Qənizadə Azərbaycana 8-ci medalı qazandırıb.