İngiltərənin “Mançester Siti” klubundan “Çelsi”yə keçəcəyi deyilən Rahim Sterlinq vida statusu paylaşıb. Editor.az “sporx” a istinadən xəbər verir ki, o “Twitter” hesabından “şəhərlilər”in azərkeşlərinə müraciət edib.
“Yeni mövsüm… 11 kubok-həyatım boyu unudulmayacaq anlar yaşadım. Klubun azərkeşlərinə, futbolçu yoldaşlarıma, baş məşqçisinə, rəhbərlikdən stadionun texniki işçilərinə qədər hər kəsə məni dəstəklədiyi üçün minnətdarlığımı bildirirəm. “Mançester Siti”yə gələndə 20 yaşlı cavan oğlan idim, indi burdan ayrılanda yekə kişiyəm”,- deyə Sterlinq bildirib.
İngiltərə mətbuatında yayılan məlumata görə “zadəganlar” “şəhərlilər”ə transferin baş tutması üçün 45 milyon avro ödəyəcəklər.
Qeyd edək ki, “Siti” forması ilə 337 matça çıxan Sterlinq 131 qol, 94 məhsuldar ötürmə ilə yadda qalıb. O, 77 dəfə İngiltərə millisinin də formasını geyinməyə müvəffəq olub. Sterliq bu oyunlarda 19 qol vurmağa nail olub.
//Nəzərbəy Hacıağayev, Editor.az

