Raket hücumu nəticəsində Lutskda İsveçin SKF zavodunun 3 əməkdaşı həlak olubbackend

Raket hücumu nəticəsində Lutskda İsveçin SKF zavodunun 3 əməkdaşı həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 15-də səhər saatlarında Lutsk şəhərinə raket hücumu nəticəsində İsveçin SKF zavodunun 3 əməkdaşı həlak olub.

Editor.az bildirir ki, bu barədə SKF-nin sözçüsü Karl Byornstam deyib. Şirkət nümayəndəsinin dediyinə görə, Lutska hücum zamanı SKF zavodu “zədələnib”. “Üç həmkarımızın öldüyünü təəssüflə təsdiq edirik.”

O, həmçinin şirkətin hücumun nəticələrini və zavoda dəyən ziyanı araşdıracağını qeyd edib. Lakin əlavə edib ki, ilk növbədə öz işçilərinə və onların təhlükəsizliyinə diqqət yetiriləcək.

Şirkətin son maliyyə hesabatına əsasən, dünyanın ən böyük sənaye istehsalçılarından olan müəssisənin Ukraynada 1100-ə yaxın işçisi var ki, onların da əksəriyyəti Lutskdakı zavodda çalışır.

Hesabatda həmçinin qeyd olunur ki, Lutsk zavodu 2022-ci ildə SKF-nin ümumi istehsalının təxminən 0,5%-ni təşkil edib.

//Samir Qurbanov,Editor.az