Rakitiç “Sevilya”ya qayıdırbackend

Rakitiç “Sevilya”ya qayıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın futbolçusu İvan Rakitiç sabiq klubu “Sevilya”ya qayıtmağa yaxındır.

Editor.az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yaxın günlərdə tibbi müayinədən keçəcək. Xorvatiyalı oyunçunun 2 illik müqavilə imzalayacağı gözlənilir.

Xəbərdə o da qeyd olunub ki, Kataloniya klubunun Rakitiçlə 2021-ci ilin yayınadək müqaviləsi olduğu üçün “Sevilya” qarşı tərəfə təzminat ödəməli olacaq.

Qeyd edək ki, İ.Rakitiç və Lionel Messi komandanın yeni mövsüm öncəsi ilk məşqində iştirak etməyiblər.

Xatırladaq ki, Rakitiç 2014-cü ildən “Barselona”da oynayır. O, 2011/14-cü illərdə “Sevilya”da çıxış edib.