Ramazan ayında əhaliyə at və eşşək əti satıblar – Qalmaqalbackend

Ramazan ayında əhaliyə at və eşşək əti satıblar – Qalmaqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Kənd təsərrüfatı nazirliyinin araşdırmaları nəticəsində məlum olub ki, ramazan ayı boyunca bəzi restoranlarda at və eşşək ətindən hazırlanmış yeməklər satıblar.

Sakarya vilayətində keçirilən əməliyyatların nəticəsi olaraq qeyd edilib ki, eləcədə də, sözügedən ərazidə istehsal edirlən kolbasa və sosiskanın tərkibində də at və eşşək əti DNT-si aşkarlanıb.

Qeyd edək ki, Azərbaycanda at ətinin satışına hər hansı qadağa yoxdur. “At əti istehlak etmək bizim millətimizin adətində yoxdur. Lakin ölkədə istənilən ətin satışına da qadağa qoyulmayıb. İstər it, istər pişik – istənilən ət qanunla satıla bilər. Bu sözləri axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Qazaxıstandan Azərbaycana yanvar ayında 14,53 ton at əti gətirilməsi haqqında yayılan xəbərləri şərh edərkən deyib.