Ramazan bayramında terror aktı törətmək istəyən qrup yaxalanıbbackend

Ramazan bayramında terror aktı törətmək istəyən qrup yaxalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İŞİD terror təşkilatının üzvləri Ramazan bayramı ilə əlaqədar İranda terror aktları hazırlayırmış.

Editor.az xəbər verir ki, bunu İran polisinin sözçüsü Səid Montazər əl-Mehdi bildirib. Onun sözlərinə görə, bütün yaraqlılar Tehran yaxınlığındakı Məşhəd şəhərində saxlanılıb. Onların arasında İŞİD-in yüksək rütbəli üzvü Məhəmməd Zaker də var.

Qrupun daha iki üzvü də tutulub. Polis sözçüsü vurğulayıb ki, saxlanılan şəxslər Ramazan bayramı günü kamikadzelərin iştirakı ilə terror aktları törətməyi planlaşdırıblar. O, həmçinin bildirib ki, səkkiz silahlı ortaq da yaxalanıb.

//Samir Qurbanov, Editor.az