Ramid Hüseynov: “Erməniləri sevindirən “soyqırım” ifadəsi əslində onlar üçün ciddi problemlər yaradacaq”backend

Ramid Hüseynov: “Erməniləri sevindirən “soyqırım” ifadəsi əslində onlar üçün ciddi problemlər yaradacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’ABŞ-ın rəhbərinin 1915-ci il hadisələri barədə skandal yaradan düşüncələrinin hazırkı dönəmdə dilə gətirməsi məhz Türkiyənin geosiyasi mövqelərinin güclənməsi, artan gücünün qərbdə yaratdığı narahatlıqla izah oluna bilər’’.

Bu sözləri Co Baydenin 1915-ci il olayları ilə bağlını gündəm yaradan  çıxışını  Editor.az– şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov bildirib.

Politoloq bildirib ki, Baydenin bu davranışı – ermənilər vasitəsilə öz müttəfiqinə təsir göstərməyə cəhd etməsi əslində həqiqətləri dəqiqləşdirmədən, saxta bir hadisənin “soyqırım” adlandırılması tarixi-siyasi səhv idi: ‘’Amma bu heç də Türkiyə-ABŞ münasibətlərinin bircə “soyqırım” ifadəsinə görə ciddi formada dəyişəcəyini düşünmək bir qədər düzgün olmazdı. Baydenin iki ölkə münasibətlərini korlayan, siyasi atmosferi çirkləyən addımına baxmayaraq, hər iki tərəfin ortaq maraqları, hərbi-siyasi münasibətləri, NATO çərçivəsində müttəfiq olmaları bu gərginlikdən tezliklə çıxacağına əsas verir’’.

Ramid Hüseynovun sözlərinə görə, Türkiyənin öz strateji kursuna yenidən baxıb ABŞ-la əlaqələrini kəsməsinə, NATO-dan uzaqlaşararaq yeni müttəfiqlər axtaracağına ümid etmək də doğru olmaz: ‘’ Çünki eyni hərbi ittifaqda qalması Türkiyənin hərbi gücünü artırmaqla, ona qarşı geosiyasi güclərin təsirlərini neytrallaşdırmağa imkan verir. Heç ABŞ-da Türkiyə kimi müttəfiqini itirməyi arzulamır. Son zamanlar Türkiyə-Rusiya yaxınlaşmasının, hərbi əməkdaşlığının ABŞ-ı bərk narahat etməsi bu baxımdan başa düşüləndir.

Politoloq qeyd edib ki, erməniləri sevindirəcək “soyqırım” ifadəsinin əslində onların özləri üçün ciddi problemlər yaradacağı şübhəsizdir. Bunun on illərlə mövcud olan türk-erməni münasibətlərinin daha da pisləşməsinə, gərginləşməsinə gətirib çıxaracağı aydın görünür: ‘’Nəzərə alsaq ki, Qarabağ müharibəsindən sonra Ermənistanın gələcək iqtisadi inkişafı baxımdan regional layihələrdə iştirakı, Türkiyə-Ermənistan-Azərbaycan sərhədlərinin açılması, kommunikasiya əlaqələrinin işə düşməsi üçün tarixi şərait yaranmışdırsa, amma görünür buna yenidən baxmağına ehtiyac yaranacaq. Erməni radikalları, illərlə əldə etmək istədikləri “böyük nəticə”nin əksinə olaraq real şanslarını da itirmiş olacaqlar. Heç məsələnin hüquqi müstəviyə çıxarılması, müəyyən məhkəmələrdə ona baxılmasına nail olunması da nəyisə dəyişəcəyi anlamına gəlmir. Unutmaq olmaz ki, Avropanın bir çox dövlətlərinin bu cür analoji addımları ilk dövrlər ciddi narahatlıq yaratsa da, sonrada hər şey əvvəlki vəziyyətinə qayıtdı. Deməli, artıq bir əsrdən əvvəl baş vermiş, qondarma, yalançı iddialara görə Türkiyə kimi güclü bir dövləti ittiham etmək, ondan təzminat tələb etmək bir qədər real görünmür. Türkiyə hansısa müharibədən məğlub çıxmış dövlət deyil ki, onu bu cür saxta iddialarla qorxutmaq, hədələmək və ondan təzminat tələb etmək mümkün olsun’’.

Ramid Hüseynov qeyd edib ki, Türkiyənin beynəlxalq güc kimi çıxış etməsi yolunda qondarma “erməni soyqırımı” məsələsinin maneə kimi dayanması aktual deyil. Türkiyə daha vacib hədəflərə doğru irəliləməklə, 2023-cü ildə dünyanın 10 böyük dövlətindən biri olmaq uğrunda çalışır. Yeni dünya düzənində özünün geosiyasi mövqeyini gücləndirməyə, söz sahibi olmağa çalışan Türkiyə bu istiqamətdə mühüm nəticələr də əldə etməkdədir. Belə olan təqdirdə ermənilərin saxta iddialardan geri çəkilməsi, işğalçı, separatçı siyasətlərinə yenidən baxmaları doğru olardı.

Editor.az, Gülnarə Abasova