Ramil Həsənin seçicilərlə görüşləri davam edirbackend

Ramil Həsənin seçicilərlə görüşləri davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ucarlılar Heydər Əliyev siyasətinə səs verəcəklər
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 94 saylı Ucar seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ramil Həsənin 17 avqust 2024-cü il tarixdə Ucar rayon Alpout kənd Mədəniyyət evində Alpout kəndinin seçiciləri ilə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib və ölkəmiz bu əsasda inkişaf edir. Prezidentimiz İlham Əliyev bu siyasəti yeni dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirir. Ona görə də, bütün sahələrdə möhtəşəm nailiyyətlər qazanılıb. Vətəndaşlarımız da təbii ki, bütün seçkilərdə inkişaf və tərəqqi siyasətinə, yəni Heydər Əliyev siyasətinə səs verirlər. O, deputatlığa namizəd Ramil Həsən haqqında seçicilərə məlumat verib.
Çıxış edən YAP-ın 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizədi Ramil Həsən əvvəlcə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı altında uğurla davam edən YAP-ın təbliğat kampaniyası və seçki platforması haqqında ətraflı məlumat verib. Ümummili lider Heydər Əliyevin qurub yaratdığı Yeni Azərbaycan Partiyasının hazırda suverenliyini tam bərpa etmiş Azərbaycanın Ali Baş Komandan Cənab İlham Əliyevin sədrliyi və öndərliyində keçdiyi ağır və şəfərli yoldan, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına verdiyi misilsiz töhfələrindən söz açıb. O, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ilk dəfə düşmən tapdağından azad edilmiş suveren Azərbaycanda keçirilən parlament seçkilərində namizədliyinin irəli sürülməsindən qürur duyduğunu ifadə edib. Yeddinci çağırış növbədənkənar Milli Məclisə seçkilərində ikinci dəfə Yeni Azərbaycan Partiyası tərəfindən etimad göstərilərək namizədliyinin irəli sürüldüyü üçün partiyanın Sədri cənab Prezidentə təşəkkürünü bildirib. O, seçiciləri 1 sentyabr – növbədənkənar parlament seçkilərində fəal olmağa, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Ramil Həsən Alpout kəndində Şəhidlərin Xatirə lövhələrini ziyarət edərək, onların önünə gül dəstələri qoyub və şəhidlərin ruhlarına dualar oxuyub.
Tədbirdə təbliğat-təşviqat qrupunun üzvləri Nurməmməd Tağıyev, Cəfərova Rəna və şəhid atası Əli Vəliyev çıxış ediblər. Qeyd olunub ki, seçicilərin hər biri sentyabrın 1-də səsvermə məntəqələrinə gələrək cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə, bugünkü davamlı islahatlara öz dəstəyini ifadə edəcək.
Çıxış edən seçicilər şəhid atası Qnyaz Xəlilov, Zərniyar Xəlilova, Yeganə Rəhimova, Səhnə Xəlilova, Ruhəngiz Ələsgərova 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.
Həmçinin Alpout kənd sakinlərinin problemləri dinlənilmişdir, qanunauyğun şəkildə müvafiq köməklik göstərilməsi üçün fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd rayonun Alpout kəndində Birinci Qarabağ müharibəsi şəhidi Tağıyev Rəşid Mövsüm oğlunun, Yarməmmədov Muğan İsa oğlunun, Cəlilov Azad Sabir oğlunun, Vətən müharibəsi şəhidi Əliyev Kərim Məhəmmədəli oğlunun ailələrini ziyarət edib.
Yeni dövrə Yeni Azərbaycanla!