Ramin Bayramlı və TƏBİB-in bir neçə vəzifəli şəxsi də bu gün peyvənd olunacaqlarbackend

Ramin Bayramlı və TƏBİB-in bir neçə vəzifəli şəxsi də bu gün peyvənd olunacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı koronavirus infeksiyasına qarşı peyvənd olunmaq üçün Bakı Sağlamlıq Mərkəzinə gəlib.

Editor.az Trend-ə istinadən bildirir ki, onunla birlikdə peyvənd olunmaq üçün TƏBİB-ın şöbə müdiri Yaqut Qarayeva və qurumun digər rəhbər şəxsləri də tibb müəssisəsindədirlər.

Qeyd edək ki, bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir. İlk olaraq tibb işçiləri peyvənd olunacaq.