Baş Prokurorluq: “Jurnalist Mahir Xəttab saxlanılıb”backend

Baş Prokurorluq: “Jurnalist Mahir Xəttab saxlanılıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azadinfo.az saytının rəhbəri Mahir Xəttab Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. 

Editor.az ın əldə etdiyi məlumata görə, o hədə qorxu ilə tələb etməkdə təqsirləndirilir. Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təstiqləyiblər.

Qurumdan bildiriblər ki, ictimaiyyətə əlavə məlumat veriləcək.  Xatırladaq ki, “Azadinfo.az saytının rəhbəri Mahir Xəttab dünən axşam saatlarında saxlanılıb.

Qeyd edək ki, Trend-in yaydığı xəbərə görə, M. Xəttab YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovu şantaj etməkdə ittiham olunur.