Ramiz Mehdiyevin kürəkəni və onun qudası 15 sutka həbs edildi – YENİLƏNİB + VİDEObackend

Ramiz Mehdiyevin kürəkəni və onun qudası 15 sutka həbs edildi – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin qudası Rövşən Mustafayevə hökm oxunub.

o, 15 sutka inzibati həbs cəzası alıb.

13:15

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.

Oxu.Az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, o, ifadəsində karantin qaydalarının pozulmadığını, kiçik ailə məclisi təşkil etdiklərini deyib:

“Məclisdə dörd nəfər ailə üzvüm və onların qohumları olub. Mən məclisə quda kimi qonaq qismində dəvət olunmuşdum. Nişan məclisi idi”.

13:12

Hazırda Rövşən Mustafayevin işi ilə bağlı məhkəmə prosesi keçirilir.

Oxu.Az-ın prosesdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, məhkəmədə DİN əməkdaşı ifadə verərək bildirib ki, həmin gün saat 23 radələrində Abşeron rayonu, Novxanı kəndində Heydər Əliyev küçəsində post patrul xidməti ilə hərəkətdə olarkən atəşfəşanlıq səsləri eşidilib.

Polis əməkdaşları tərəfindən atəşfəşanlıq dayandırılıb.

Onun sözlərinə görə, İlham Əliyevin bağ evinin qarşısında çoxlu maşınlar olub. Həyətə daxil olmağa polisə icazə verilməyib. Polislər bir nəfərə xəbərdarlıq edərək, həmin ərazidən uzaqlaşıblar.

Polislərin içəri daxil olmasına mane yaradılıb.

12:57

Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub.

Oxu.Az-ın müxbiri xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.

 

12:16

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.

Oxu.Az-ın məlumatına görə,  karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.

Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar.

Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır.

11.49

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu, avqustun 18-də sabiq deputatın öz bağ evində qızı Fidan Əliyeva üçün keçirdiyi toy mərasimi ilə bağlıdır.

Karantin qaydalarını pozduqları üçün cəmiyyətdə geniş müzakirələrə səbəb olan toy sahibləri barədə qanunamüvafiq formada ölçü götürüləcək.

Əlavə məlumat verəcəyik.