Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi? – Qapını çırpıb…backend

Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi? – Qapını çırpıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milli Məclisin sabiq deputatı, Xalq artisti Zeynəb Xanlarovaya qarşı kütləvi nifrət var. Bunu Ramiz Mehdiyev edib”.

Bunu hüquqşünas Aslan İsmayılov “Facebook” sosial şəbəkəsində “canlı yayımda” deyib.

A.İsmayılov qeyd edib ki, Milli Məclisin deputatları əvvəlcə R.Mehdiyevin otağından “keçməli” idilər: “Deputatlar Ramiz Mehdiyevin razılığını alırdılar. Zeynəb Xanlarova da Prezident Administrasiyasına dəvət olunub və gedib. Otaqda Ramiz Mehdiyevdən başqa Fatma Abdullazadə, Zeynal Nağdəliyev də olub. Zeynəb Xanlarova biləndə ki, onu Milli Məclisin deputatı olub-olmayacağını təsdiq etmək üçün dəvət ediblər, Ramiz Mehdiyevə ağzından çıxanı deyib və qapını çırpıb gedib. Sonra bütün informasiya vasitələri Zeynəb Xanlarovadan “xortdan” obrazı düzəltdilər. Ramiz Mehdiyev insanları necə didərgin salmağı, pisikdirməyi yaxşı bilir…”.

//Pravda.az