Ramiz Novruzov son mənzilə yola salınarkən oğlu Cavidanın halı pisləşdi – VİDEObackend

Ramiz Novruzov son mənzilə yola salınarkən oğlu Cavidanın halı pisləşdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruzov ötən gecə saat 23:00 radələrində müalicə aldığı klinikada vəfat edib.

Sənətkarın nəşi mənzilindən çıxarılaraq evlərinin önündə cənazə namazı qılınıb.

Editor.az xəbər verir ki, bu an isə bizim.media-nın əməkdaşının kamerasına Xalq artistinin aktyor oğlu Cavidan Novruz və qızı Şəfəq Novruz tuş gəlib.

Cavidan göz yaşı içində atasını son mənzilə yola salıb. Bir anlıq Cavidan özünü pis hiss edib. Ailə üzvləri ona yaxınlaşaraq, sakitləşdirməyə çalışıblar.